Mehdiabadda “Gənclər şəhərciyi”ndə qətl, 60 yaşlı kişi öldürüldü

Abşeron rayonu Mehdiabad qəsəbəsində 60 yaşlı kişi qətlə yetirilib.

Hadisə qəsəbə ərazisindəki “Gənclər şəhərciyi”ndə baş verib.

Həmin qəsəbədə yaşayan, 1965-ci il təvəllüdlü Maşallah Qoçəli oğlu Səfərov bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən E.Məmmədov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
//oxu.az