Aeroportdan taksi şirkətləri ilə daşınan sərnişinlərin SAYI AÇIQLANIB

AYNA Heydər Əliyev Beynəlxalq Aeroportundan şəhər istiqamətində 15 oktyabr tarixində qeydə alınan sərnişin daşınma göstəricilərini açıqlayıb.

Median.Az həmin göstəriciləri təqdim edir:

Taksi şirkətləri (sifariş):

• Bolt: 508 (53%)

• Baku Taxi: 222 (23%)

• Uber / Yango: 209 (22%)

• 189 Taksi: 23 (2%)

H1 Ekspres avtobusu (şəhər istiqamətində) – 1841 sərnişin

Xidmət keyfiyyəti ilə bağlı müraciətləri AYNA-nın 141 Çağrı Mərkəzinə edə bilərsiniz.