Filippin sahillərində güclü zəlzələ oldu

Oktyabrın 20-də Filippin sahillərində 5.8 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Mati şəhərindən 124 km şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

İnsan itkisi və dağıntılar barədə məlumat yoxdur.