Kallas: “Xarici işlər nazirləri sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər”

“Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri 19-cu anti-Rusiya sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər”.

Median.Az TASS-a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas deyib.

Diplomatik xidmətinin rəhbərin sözlərinə görə, məsələ 23-24 oktyabrda keçiriləcək Aİ sammitində yenidən müzakirə olunacaq.

“Biz sanksiyalara baxdıq. Məsələ bu həftənin sonunda müzakirə olunacaq”, – o deyib.