Mingəçevirdə kişi kanalda batıb, axtarışları aparılır

Mingəçevirdə 39 yaşlı kişi kanalda batıb.

Hadisə bu gün baş verib.
Şəhər sakini, 1986-cı il rəvəllüdlü Bəxtiyar Məmmədov Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batıb.
Onun ehtiyatsızlıqdan suya düşdüyü ehtimal olunur. B.Məmmədovun tapılması istiqamətində axtarışlar aparılır.