Bakıda 2 nəfərin barmağına üzük sıxışdı, nazirlik köməyə çatdı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərində vətəndaşların barmağında üzüyün sıxışması barədə məlumatlar daxil olub.

Məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Həkim briqadasının iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində üzüklərin müvafiq qaydada çıxarılması təmin edilib.