Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə direktor müavini təyin edilib

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyində kadr təyinatı olub.

Median.Az Pravda.az-a istinadla xəbər verir ki, birliyin direktor müavini vəzifəsinə Yaşar Salahov təyin edilib.

O bundan əvvəl Su Quyularının İstismarı və Təmiri Xidməti İdarəsinin rəisi vəzifəsində çalışıb.