Tramp Venesuelaya zərbələrlə bağlı qərarını açıqladı

ABŞ Prezidenti Donald Tramp Venesuela ərazisinə zərbə endirməyi düşünmədiyini bildirib.

Bu barədə Median.Az “Reuters”ə istinadən məlumat verir.

Məlumata görə, Tramp təyyarədə jurnalistlərin ABŞ-nin Venesuela ərazisinə mümkün hücum planları ilə bağlı sualını cavablandırarkən qısa və lakonik şəkildə “Xeyr”, – deyib.