Əfqanıstanda zəlzələdə ölənlərin sayı artdı

Əfqanıstanın şimalında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 27-yə çatıb.

850-dən çox insan yaralanıb.

Qeyd edək ki, Əfqanıstanın şimalında 6,3 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, episentr Holm bölgəsindən 35 km aralıda yerləşib.