İngilis dili kursu təşkil edəcəyi adı ilə dələduzluq edən müəllim SAXLANILDI – Video

Sosial şəbəkələrdə endirimli onlayn xarici dil kursu təşkil edəcəyinə dair elan yerləşdirərək dələduzluq edən 27 yaşlı Azər İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyindən oxu.az-a verilən məlumata görə, o, təsisçisi olduğu “iamzerv academy”nin sosial şəbəkə hesabında real dəyərindən qat-qat aşağı qiymətə kurslar təşkil etdiyi ilə bağlı elan paylaşıb.

Daha sonra zərərçəkənlər 50-600 manat aralığında pul vəsaitlərini A.İsmayılovun kartına köçürüblər. Saxlanılan şəxs pulları ələ keçirəndən sonra zərərçəkənlərlə əlaqəni kəsib.

A.İsmayılovun əməlləri barədə daxil olan şikayətlər üzrə polis idarəsində araşdırmalar davam etdirilir.