“Zəfər Yolları” adlı sənədli film təqdim edildi – Video

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Zəfər Yolları” adlı sənədli filmini təqdim edib.

Filmdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində yol infrastrukturun yenidən qurulmasından bəhs edilib.

AAYDA-nın idarə heyətinin sədri Saleh Məmmədov bildirib ki, Qəhrəman ordumuzun azad etdiyi torpaqlar Prezident İlham Əliyevin tapşırığı ilə avtomobil yollarının əməkdaşları tərəfindən yenidən qurulub.