Fransa nüvə başlıqlı yeni raketini istifadəyə verdi

Fransa nüvə başlığı daşıya bilən yeni “ASMPA-R” ortamənzilli yer-hava raketini istifadəyə verib.

Bu barədə Fransa Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, yeni raket “Rafale” qırıcısından ikinci sınaq buraxılışından sonra istismara qəbul edilib.

Xəbərdə bildirilir ki, “ASMPA-R” Rusiyanın Avropaya potensial hücumunun qarşısını almağa qadirdir.

Yeni raket Fransanın ən güclü nüvə silahlarından biri hesab olunur.