Azərbaycanın U-21 millisi Cəbəllüttariqlə qarşılaşacaq

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.

B qrupunda yer alan komanda səfərdə Cəbəllüttariqlə üz-üzə gələcək.

Görüş “Avropa Point” stadionunda, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Matçın baş hakimi rumıniyalı Andrey Çivulete olacaq.

Qeyd edək ki, yığma növbəti matçını 2026-cı il martın 27-də Portuqaliyaya qarşı keçirəcək. Komandamız dörd oyundan sonra iki xalla beşinci pillədə qərarlaşıb.