İordan çayının qərb sahilində, Xevron şəhərində törədilən terror aktı nəticəsində bir nəfər ölüb, üç nəfər isə yaralanıb.
Median.Az “Times of Israel” nəşrinə istinadən xəbər verir ki, içərisində iki nəfərin olduğu avtomobil israilli piyadaların üzərinə sürülüb. Daha sonra maşında olanlardan biri yerə düşərək, bıçaqla onlara hücum edib.
Hər iki terrorçu təhlükəsizlik qüvvələri tərəfindən güllələnib.
Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
