Azərbaycanda dövlət qeydiyyat nişanlarına yeni standart tətbiq OLUNACAQ?

“Azərbaycanda dövlət qeydiyyat nişanlarına yeni standartların tətbiq olunacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Median.Az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev deyib.

O bildirib ki, hazırda avtonəqliyyat vasitələrinə təhkim olunan dövlət qeydiyyat nişanlarının tərtibatında hər hansı dəyişiklik nəzərdə tutulmur:

“Gələcəkdə bu istiqamətdə hər hansı yenilik olacağı təqdirdə, bununla bağlı ictimaiyyət əvvəlcədən məlumatlandırılacaq”.

* * * * *

Azərbaycanda dövlət qeydiyyat nişanlarına yeni standart tətbiq olunacaq.

Median.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı AZS 599:2025 dövlət standartı qəbul olunub.

Yeni standarta əsasən, nəqliyyat vasitələrinin region kodu həm iki, həm də üçrəqəmli olacaq.

Bununla əlaqədar olaraq yeni veriləcək bir sıra nömrələrdə altı rəqəm olacaq:

– İlk 3 rəqəm – region kodu,

– Ardınca gələn 2 hərf – nəqliyyat vasitəsinin seriyası,

– Son 3 rəqəm isə – nəqliyyat vasitəsinin qeydiyyat nömrəsini ifadə edəcək.

Xatırladaq ki, standarta edilmiş yeniliklərə əsasən, avtomobil nömrələrində hərf və rəqəmlər arasındakı defis işarələri və çip elementləri də ləğv olunub.