Sumqayıtda 8 500 abonentin qazı kəsiləcək

Sumqayıt şəhərində 8 500 abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz-İstismar Sahəsi məlumat yayıb.

Bildirilib ki, şəhərin 9, 10, 11, 12, 17 və 18-ci mikrorayonlarının bir hissəsində yerləşən diametri 150 mm olan ortatəzyiqli yeraltı qaz xəttində aşkar edilmiş sızmanın aradan qaldırılması ilə əlaqədar həmin ərazilərdə yaşayan 8 500 abonentin qaz təchizatı bu gün saat 14:00-dan etibarən müvəqqəti dayandırılacaq.

Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.