Alen Simonyan: Ermənistan faktiki olaraq KTMT-dən çıxıb

Ermənistan parlamentinin spikeri Alen Simonyan xarici işlər nazirinin müavini Mnatsakan Safaryandan fərqli olaraq hesab edir ki, ölkə faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk edib.

Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

“Biz faktiki olaraq oradan çıxmışıq. Qalanlarına gəldikdə isə bunu siyasi məqsədəuyğunluq və danışıqların gedişinə buraxın”, – o bildirib.