Tailandda daşqınlar: Ölənlərin sayı artdı

Tailandın cənubundakı Hatyay şəhərində baş verən daşqın nəticəsində ölənlərin sayı 55-dən 110-a yüksəlib.

Bu barədə “Matchon” qəzeti polisə istinadən məlumat verib.

Qeyd edilir ki, son 24 saat ərzində Hatyayda suyun səviyyəsi azalıb və bu da xəsarət alanların təxliyəsinə və axtarış-xilasetmə əməliyyatlarının aktivləşdirilməsinə imkan verib.

Fəlakətin nəticələrinin aradan qaldırılması işlərində və humanitar yardımın göstərilməsində Tailand Hərbi Dəniz Qüvvələri də iştirak edir. Ümumilikdə daşqından zərərçəkənlərin sayı təxminən 2 milyon insandır.