Gəncədə bədbəxt hadisə baş verib.
Median.Az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
İlkin məlumata əsasən, 1967-ci il təvəllüdlü Samux rayon sakini, Ceyhun Vəliyevi Gəncə şəhərində transformatorların birinin yanında elektrik cərəyanı vurub. O, hadisə yerində ölüb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
