Hesablama Palatası Mədəniyyət Nazirliyində yoxlamalar aparır

Hesablama Palatası 2025-ci ilin iş planına əsasən, Mədəniyyət Nazirliyində nəzarət tədbiri həyata keçirir.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Hesablama Palatasından bildirilib.

Məlumata görə, auditin nəticələrinin açıqlanması “Hesablama Palatası haqqında” Qanunun 37-ci maddəsinə əsasən tənzimlənəcək.