
Azərbaycanda dekabrın 4-nə saat 9:00-a olan faktiki hava şəraiti açıqlanıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, Lənkəran-Astara zonasında leysan xarakterli intensivdir. Zaqatalanın (Əlibəy) yüksək dağlıq ərazilərində isə qar yağır.
Hazırda qar örtüyünün hündürlüyü 1 sm-dir.
Düşən yağıntının miqdarı Lənkəranda 56, Astarada 44, Lerikdə 4, Yardımlıda 2, Gədəbəy, Qax, Zaqatala, Qəbələ, Quba, Şabran və Göyçayda 1 mm-dir.
Naxçıvan, Şərur, Sədərək, Gəncə, Şəmkir, Qax, Şəki, Zaqatala, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Göyçay, Zərdab, Sabirabad və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.