Azərbaycanda futbolçu hakimə ayaqla zərbə vurub – AĞIR CƏZA

AFFA Region Liqasında çıxış edən “İmişli Bələdiyyəspor” komandasının futbolçusu Allahverdi Fərzəliyev 14 oyunluq cəza alıb.

Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Oyunçu “Ağsu Siti” ilə matçın 77-ci dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra hakimi itələyib, sonra ayaqla zərbə endirib.

Bu səbəbdən qarşılaşma yarımçıq dayandırılıb və “İmişli Bələdiyyəspor”a 0:3 hesablı texniki məğlubiyyət verilib.