Beyləqanda körpənin halı QƏFİL PİSLƏŞİB: Yolda dünyasını dəyişib

Beyləqan rayonunda körpə dünyasını dəyişib.

Oxu.az-ın əldə etdiyi məlumata görə, rayonun Əlinəzərli kənd sakini, 2024-cü il təvəllüdlü Uğur Allahverdiyevin vəziyyəti qəfil pisləşib.

Azyaşlı Beyləqan Rayon Mərkəzi Xəstəxanasına aparılan zaman yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.