Arvadını bıçaqlamaqda təqsirləndirilən şəxs TUTULDU

Gəncədə həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Oxu.az-ın məlumatına görə, şəhər sakini, 1981-ci il təvəllüdlü Aysu İsmayılova bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Amin Mahmudov saxlanılıb. İlkin məlumata əsasən, qadın münaqişə zəminində bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.