“Napoli” klubu 38 ildən sonra rekordunu yenilədi

“Napoli” 2025-ci ildə İtaliya A Seriyasında ev oyunlarının heç birində məğlub olmayıb.

Komanda son olaraq XIV turda “Yuventus”u 2:1 hesabı ilə üstələyib. Bu, Neapol təmsilçisinin cari ildə doğma meydanda sonuncu matçı olub.

Klub tarixində son olaraq 38 ilə əvvəl, 1987-ci ildə belə hal yaşanıb.

Qeyd edək ki, 14 oyundan sonra aktivində 31 xal olan “Napoli” turnir cədvəlinin zirvəsində qərarlaşıb.