Tovuzda üç yaşlı oğlan faciəli şəkildə öldü

Tovuzda üç yaşlı oğlan faciəli şəkildə ölüb.

Oxu.Az-ın məlumatına görə, hadisə dünən rayonun Düz Qırıqlı kəndində baş verib.

Kənd sakini, 2022-ci il təvəllüdlü H.Qasımov yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən hovuza düşərək boğulub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.