30 kiloqram 596 qram marixuananın və 3200 ədəd narkotik tərkibli metadon M-40 həbinin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Belə ki, noyabrın 28-də DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində 9 kiloqram 530 qram narkotik vasitə (marixuana) və 3200 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkarlanıb.
Dekabr ayının 3-də isə Daxili İşlər Nazirliyinin (DİN) Lerik Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşı – 2003-cü il təvəllüdlü Mənsimov Elcan Eldəniz oğlu şübhəli şəxs qismində saxlanılıb.
Əməliyyat zamanı sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 21 kq 66 qram marixuana aşkar olunaraq götürülüb.
