Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Artan sərnişin tələbatını təmin etmək məqsədilə 12, 13 və 14 dekabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

Qeyd edilib ki, sərnişinlər eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı-Qazax-Bakı marşrutu ilə də səfər edə bilərlər.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.