Ağdərədə 55 yaşlı kişi bədbəxt hadisə nəticəsində öldü

Ağdərə rayonunda kişi bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə rayonun Umudlu kəndində baş verib.

Kənd sakini, 1970-ci il təvəllüdlü Möhübbət Qayım oğlu Xıdırov kənd ərazisində hündürlükdən yıxılıb.

Hadisə nəticəsində o, aldığı ağır kəllə-beyin travmasından hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparır.
//oxu.az