Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?

Dekabrın 28-nə olan tibbi-meteoroloji proqnoz açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir. Bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.