İstanbulda mikroavtobus aşıb, ölənlər və yaralananlar var

Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda işçiləri daşıyan mikroavtobus yoldan çıxaraq aşıb.

Median.Az bu barədə “TRT Haber”ə istinadən xəbər verir.

İlkin məlumata görə, nəticədə 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Hadisə yerinə xilasedicilər və polis əməkdaşları cəlb olunub. Ölü sayının artacağı istisna edilmir.