Putin: Kiyev sülh istəməsə, Rusiya məqsədlərinə hərbi yolla nail olacaq – YENİLƏNİB

Qərb Ukraynaya əlverişli təhlükəsizlik şərtləri, ölkənin bərpası və Rusiya ilə münasibətlərin normallaşdırılmasını təklif edir, lakin Kiyev münaqişənin sülh yolu ilə həllində maraqlı deyil.

Apa-nın Moskva bürosunun məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Qoşun Qruplaşmasının komanda məntəqəsində hərbçilərlə görüşü zamanı bildirib.

Putin vurğulayıb ki, Rusiyanın Ukrayna qoşunlarının hazırda nəzarətində olan ərazilərdən, o cümlədən Donetsk vilayətinin bəzi hissələrindən könüllü şəkildə çıxarılmasında marağı faktiki olaraq yoxdur.
“Əgər Kiyev münaqişəni sülh yolu ilə həll etmək istəməzsə, Moskva Xüsusi Hərbi Əməliyyatın məqsədlərinə hərbi yolla nail olacaq”, – deyə Rusiya Prezidenti qeyd edib.

Putin həmçinin Rusiya–Ukrayna sərhədi boyunca bufer zonanın yaradılması prosesinin yaxşı templə davam etdiyini bildirib.