Alim Qasımovun nəvəsinin toy tarixi dəyişdi

Əməkdar artist Fərqanə Qasımovanın qızı Mövlanənin toy tarixində dəyişiklik olub.
 
Median.Az Axşam.az-a istinadən xəbər verir ki, Xalq artisti Alim Qasımovun nəvəsinin toyu yanvarın 27-də deyil, 16-da paytaxt restoranlarından birində keçiriləcək.
 
Oğlan toyu isə dəyişilməz olaraq qalır. Məclis fevralın 5-də olacaq.
 
Qeyd edək ki, Mövlanə bu ilin yanvar ayında Fərid adlı bəylə nişanlanıb.