Netanyahu Trampın Qəzza planı ilə razılaşdı

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ səfəri zamanı Qəzza sazişinin II bəndinin müzakirəsinə keçməyə razılaşıb.

Bu barədə “Axios” məlumat yayıb.

Xəbərdə o da vurğulanır ki, Netanyahu ilə Trampın komandası arasında planın həyata keçirilməsi ilə bağlı fikir ayrılığı qalmaqdadır.

İki ölkənin rəhbərlərinin görüşü dekabrın 29-da Trampın Floridadakı Mar-a-Laqo iqamətgahında baş tutub.

Netanyahu həmçinin ABŞ liderinin Suriya hökumətinə dair potensial təhlükəsizlik razılaşması ilə bağlı danışıqları bərpa etmək tələbini qəbul edib.