Ucarda qazdan zəhərlənən şəxs öldü

Ucar sakini dəm qazından zəhərlənərək ölüb.
 
Median.Az xəbər verir ki, hadisə rayonun N.Nərimanov küçəsində baş verib.
 
Yaşadığı evdə dəm qazından zəhərlənən 1971-ci il təvəllüdlü rayon sakini Əhmədov Rasim Mirəddin dünyasını dəyişib.
 
Faktla bağlı araşdırma aparılır.