Füzulidə 16 kiloqram narkotik vasitə aşkarlanıb – Video

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Əyyub Məlikov və əvvəllər məhkum olunmuş Ramil Quliyev saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlardan 12 kiloqram 635 qram marixuana, 2 kiloqram 880 qram tiryək, bir kiloqrama yaxın metamfetamin və 800 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. Bu şəxslərin narkotik vasitələri satmaq məqsədi ilə əldə etdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, Ə.Məlikov və R.Quliyev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırma aparılır.