Gürcüstanda DTX əməkdaşı avtomobilində intihar etdi

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşının meyiti tapılıb.

“Unikal” Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, onun meyiti agentliyin binasının yaxınlığındakı avtomobildə aşkarlanıb.

İlkin ehtimallara görə, DTX əməkdaşı intihar edib, avtomobilinin yan oturacaqında tapança və məktub tapılıb. Hazırda araşdırma aparılır.