Goranboy Rayon İcra Hakimiyyətində yeni təyinatlar: Başçı əmrlər imzaladı

Goranboy Rayon İcra Hakimiyyətinə (RİH) yeni baş mühasib təyin olunub.

Median.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Məhərrəm Quliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Hafiz Cəlilov RİH Aparatında İnzibati işlər sektorunun müdiri – baş mühasib vəzifəsinə təyin edilib.

Digər əmrlə Şahəddin Məmmədov isə mühasib vəzifəsinə təyinat alıb.