Ləğv edilən vəzifələrin yerinə bu ştatlar yaradıldı

Azərbaycan teatrlarında 46 ştat ləğv edilib .
 
Median.Az bildirir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib. 
 
Onlardan 2-si bədii rəhbər, 21-i baş rejissor və 23-ü baş rəssam ştatıdır.
 
Hazırda bu vəzifələri icra edən şəxslər teatrların yenilənmiş strukturuna uyğun olaraq fəaliyyətlərini quruluşçu rejissor, yaradıcı şöbə müdiri, rəssam və quruluşçu rəssam vəzifələrində davam etdirirlər.//sfera.az