Sumqayıtda 71 yaşlı kişi faciəvi şəkildə öldü

Sumqayıt şəhərində 71 yaşlı kişi dəm qazından boğulub.

Oxu.Az-ın məlumatına görə, hadisə yanvarın 28-də gecə saat 2 radələrində şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1955-ci il təvəllüdlü Alabaxış Baxşıyev yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.