Bərdə sakini işlədiyi mağazada kimyəvi maddədən zəhərlənərək ölüb

Bərdədə toksik səbəbdən ölüm hadisəsi baş verib.

Rayonun Əliyalın kənd sakini, 1998-ci il təvəllüdlü Sabir Mehman oğlu Abbasov işlədiyi mağazada, ilkin ehtimala görə, kimyəvi maddədən zəhərlənərək həyatını itirib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.