Azərbaycanın Liqa klubu anqolalı futbolçunu transfer edib

Azərbaycanın I Liqasında çıxış edən “Şahdağ Qusar” heyətini anqolalı futbolçu ilə gücləndirib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Son olaraq Finlandiyanın “Kokkolan” klubunda çıxış edən yarımmüdafiəçi Aqostinyo Çipesse ilə 5 ay+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, o, karyerası ərzində Portuqaliyanın “Jil Visente”, “Vilaverdense”, “Vilanovenses” klublarında oynayıb.