“Arsenal”ın oyunu təxirə salınacaq

“Arsenal” klubunun İngiltərə Premyer Liqasındakı oyunu təxirə salınacaq.

Buna London təmsilçisinin İngiltərə Liqa Kubokunda finala vəsiqə qazanması səbəb olub.

Liqa Kubokunun final qarşılaşmasının martın 22-də baş tutacağına görə, martın 21-də keçirilməsi nəzərdə tutulan XXXI turun “Vulverhempton” – “Arsenal” matçı təxirə salınıb.

Qeyd edək ki, bu gün keçirilən “Mançester Siti” – “Nyukasl Yunayted” görüşündən sonra “Arsenal”ın finaldakı rəqibi bəlli olacaq.