Ağcabədidə yeddi yaşlı oğlan bıçaqlandı: Saxlanılan var

Ağcabədi rayonunda azyaşlı bıçaqlanıb.

Hadisə fevralın 4-də axşam saatlarında baş verib.

2019-cu il təvəllüdlü oğlan bıçaq xəsarəti ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Azyaşlı dərhal əməliyyat olunub.

Məlumata görə, azyaşlını bıçaqlayan şəxsin kimliyi müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
//oxu.az