Pakistanın paytaxtında məsciddə partlayış: Ölənlərin sayı artdı

Pakistanın paytaxtı İslamabadda məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 31-ə çatıb.

Bu barədə Pakistanın “Dawn” qəzeti rayon administrasiyasının rəsmisinə istinadən məlumat verib.

“Paytaxtda cümə namazı zamanı məsciddə baş verən partlayış nəticəsində ən azı 31 nəfər ölüb, 169 nəfər yaralanıb”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, daha əvvəl 10 nəfərin öldüyü, 80 nəfərin yaralandığı bildirilirdi.