Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında “İdrak” liseyində 10-cu sinif şagirdi ehtiyatsızlıqdan müəllimini güllələyib. Diqqətçəkən məqamlardan biri isə 15 yaşlı uşağın evdən nəzarətsiz odlu silah gətirməsidir.
Bu məsələdə valideynlərin məsuliyyət daşıyırmı?
Median.Az bildirir ki, globalinfo.az-a danışan vəkil Mehman Muradlı deyib ki, uşağın atasına Cinayət Məcəlləsinin 320-ci maddəsi (Odlu silahı diqqətsiz saxlama) ilə cinayət işi açıla bilər:
“Odlu silahın diqqətsiz saxlanılması ilə yaranmış şərait nəticəsində həmin silahdan başqa şəxsin istifadə etməsi ağır nəticələrə səbəb olduqda – iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
