Ermənistanda hərbi qulluqçunun meyiti aşkarlanıb

Ermənistanın N saylı hərbi hissəsində xidmət edən müqaviləli hərbi qulluqçu David Armenoviç Manukyanın meyiti aşkarlanıb.

Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Hadisənin başvermə şəraitinin tam aydınlaşdırılması məqsədilə araşdırma aparılır.