Samoada güclü zəlzələ baş verdi

Sakit okeanın Samoaya məxsus Savayi adasının cənub-qərb sahillərində 5.7 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avstraliya Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri adadan 85 km cənub-qərbdə, ocağı isə 72 km dərinlikdə yerləşib.

Mümkün itki və ya dağıntı barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.