Bərdədə qəza oldu – Ölən və yaralanan var

Bərdədə qəza baş verib.

“Unikal” xəbər verir ki, Bərdə rayonunun Gərənə kəndi ərazisində hərəkətdə olan “Mercedes” markalı avtomobil “VAZ-2106” markalı avtomobillə toqquşub. Məticədə bir nəfər hadisə yerində ölüb, iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Bərdə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.