“Hyundai” mopedlə toqquşdu: 17 yaşlı gənc xəsarət aldı

Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, “Hyundai” markalı avtomobil ilə moped toqquşub.

Hadisə nəticəsində mopedin sürücüsü, 17 yaşlı Sübhan Nəsirzadə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.